Yuxarı

NEZ-də yanğın: DTX-də cinayət işi açıldı, saxlanılan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlayıb.

Axar.az xəbər verir kİ, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib. Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurub, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olub.

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulub, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılıb, bununla da təkrar yanğın təhlükəsi yaranıb, müəssisədə iş prosesi pozulub və maddi ziyan vurulub.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Sadiq Hümbət oğlu Qarayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Tarix
2025.03.13 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub?

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video

Pezeşkianın Azərbaycan səfəri başa çatdı

Regionda Azərbaycanla dördyol ola bilərik - Pezeşkian

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

Azərbaycanla dünyanın ehtiyaclarını ödəyə bilərik - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla