Yuxarı

Evlər sürətlə bahalaşır: gənclər necə ev alacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evlər sürətlə bahalaşır: gənclər necə ev alacaq?

Bazarın real vəziyyəti göstərir ki, orta gəlirli vətəndaşların və gənclərin mənzil almaq imkanları aşağıdır və hər il bu göstərici daha da pisləşir. Müraciətlərin azalması da bunu sübut edir ki, qiymət artımı bu prosesə birbaşa təsir edir.

Bu sözləri Axar.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı mənzil bazarında qiymətlərin qalxmasını şərh edərkən deyib.

“Bazarda süni qiymət artımı və ya bu istiqamətdə cəhdlər barədə müzakirələr aparılsa da, ümumilikdə, qiymətlərin qalxmasına təsir edən real faktorlar da var. Şəhərsalma ilə bağlı qəbul edilən qərarlar, icazələrin alınması prosesinin çətinləşməsi, pul axınları və makroiqtisadi amillər bu sahəyə təsir göstərir. Bəzi hallarda spekulyativ addımlar müşahidə olunsa da, qiymət artımını yalnız süni amillərlə izah etmək doğru deyil”, - R.Osmanlı bildirib.

Onun sözlərinə görə, hazırda bazarda qiymətlərin azalmasına təsir göstərən süni maneələr də var:

“Tikinti şirkətləri və investorlar kənar maliyyə resurslarına malik olduqları üçün tələb azalsa belə, qiymətləri aşağı salmırlar. Bu da bazarda stabil qiymətlərin saxlanmasına və zaman-zaman artmasına səbəb olur”.

Ekspert kirayə mənzil bazarında da qiymət artımlarının davam etdiyini vurğulayıb:

“Mənzilin qiyməti artdıqca, onun gəlirliliyi də dəyişir, bu da kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur. Eyni zamanda, şəhərdə aparılan söküntü işləri nəticəsində kirayə tələbatı artır. Bu isə təbii ki, qiymətlərin artmasına gətirib çıxarır”.

Tarix
2025.03.14 / 09:08
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla