Yuxarı

96 yaşlı qadını döyən şəxs sərhəddə yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə 96 yaşlı qadına qarşı quldurluq edən və ömrünün 20 ilini məhkumluq həyatı yaşayan Zaqatala rayon sakini İrana keçmək istəyərkən həbs edilib.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Sarıbulaq kənd sakini, 1920-ci il təvəllüdlü, Sanur İbrahim qızı Balaşova RPŞ-yə müraciət edərək bildirib ki, mayın 22-i naməlum şəxs onun yaşadığı evə basqın edərək, onu döyüb və bıçaqla hədələyərək 65 manat pulunu götürərək hadisə yerindən qaçıb. Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, 96 yaşlı Sanur Balaşovanın evinə girib onu döyüb və pul tələb edən şəxs Zaqatala rayonu Əliabad qəsəbə sakini 1969-cu il təvəllüdlü Qurban Hudul oğlu Ağaməmmədovdur. Aparılmış əməliyyat nəticəsində o da məlum olub ki, Qurban Ağaməmmədov may ayının 19-u elə həmin kənddə, kənd sakini Eldar Murtuzəlu oğlu Qurahilovun evinə basqın edərək bıçaqla onun əl nahiyəsinə xəsarət yetirib və ondan 27 manat götürərək hadisə yerindən qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinlərinə qarşı quldurluq edərək onların pulunu mənimsəyən Qurban Ağaməmmədov Astara sərhəd keçid məntəqəsindən qonşu İran İslam Respublikasına keçmək istəyərkən hüquq-mühafizə orqan əməkdaşları tərəfindən tutularaq Balakən RPŞ-nin əməkdaşlarına təhvil verilib.

İlkin istintaq zamanı məlum olub ki, Qurban Ağaməmmədov əvvəllər qətl törətməyə və qanunsuz silah saxlamağa görə, ümumilikdə 20 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.

İstintaq zamanı o da məlum olub ki, zərərçəkənlərdən Eldar Qurahilov Qurban Ağaməmmədovun həbsxana yoldaşıdır.

Faktla bağlı Qurban Ağaməmmədovun barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, onun rayon ərazisində baş vermiş digər cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Tarix
2016.05.27 / 01:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla