Yuxarı

Qaradağda əməliyyat: həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaradağda əməliyyat: həbslər var

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Əşrəf Əliyevin idarə etdiyi “Şevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin, tiryək, marixuana və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.03.15 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla