Yuxarı

Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidməti martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Axar.az-a verilən məlumata görə, Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Cəlilabad, Lerik, Yardımlı, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/saniyəyə çatacaq.

Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san olacaq.

Tarix
2025.03.16 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Makron iki türk ölkəsi ilə sövdələşdi – Nə baş verir?

Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla