Yuxarı

“Expressbank”dan yaşıl təşəbbüsə dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Expressbank”dan yaşıl təşəbbüsə dəstək

Məsuliyyətli maliyyə institutu olan “Expressbank” Qlobal Təkrar Emal Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub.

Belə ki, ekoloji təşəbbüsə dəstək olaraq “Expressbank”ın baş ofisi ilə yanaşı, həm də filiallarında batareya tullantılarının utilizasiya məqsədilə toplanması üçün qutular yerləşdirilib. Bu təşəbbüs çərçivəsində müştərilər və əməkdaşlar istifadə olunmuş batareyaları “Expressbank” filiallarındakı bu qutulara atmaqla ekoloji cəhətdən təhlükəsiz şəkildə təkrar emalına dəstək ola biləcəklər.

Məlumdur ki, batareya tullantıları düzgün idarə olunmadıqda torpaq və su üçün ciddi çirkləndirici faktorlardan birinə çevrilir. “Expressbank” bu təşəbbüsə qoşulmaqla ekoloji tarazlığın qorunmasına töhfə verməyi və cəmiyyətin ekoloji şüurunu artırmağı hədəfləyir.

Qeyd edək ki, bu təşəbbüs “Expressbank”ın “Təbiətə qayğı – Gələcəyə miras” adlı ekoloji layihəsi çərçivəsində dayanıqlı və yaşıl bankçılığa dəstək naminə həyata keçirdiyi silsilə aksiyalardan biridir.

Tarix
2025.03.18 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla