Yuxarı

Qeyri-sabit hava ilə bağlı daha bir müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların ayrı-ayrı yerlərdə insensivləşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Axar.az xəbər verir ki, bu barədə FHN-in gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətdə bildirilib.

Qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:

“Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bununla yanaşı, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Tarix
2025.03.18 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

Britaniya XİN rəhbərindən Bakı və İrəvanla bağlı açıqlama

Üçtərəfli işçi qrupu “yatmış” vəziyyətdədir - Overçuk

Prezident DMX əməkdaşlarını təltif etdi

Sülh müqaviləsinin imzalanması üçün əsas şərt... - XİN

Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...

Bayramov Çanaqqala Zəfəri ilə bağlı paylaşım etdi

Rusiya Azərbaycanın bu əzmindən... - Matviyenko

İrəvan sazişdə heç bir güzəştə getməyib - Ovannisyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla