Yuxarı

Əli Əsədov yeni qərar imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti “Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları”nı təsdiqləyib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb və mülki hava gəmiləri ilə Azərbaycan ərazisinə və ərazisindən təhlükəli yüklər daşınmasına dair ümumi tələbləri müəyyən edir.

Onunla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiya, ona 6 nömrəli Əlavə - “Hava gəmilərinin istismarı” və 18 nömrəli Əlavə - “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9284, təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimatlar”ının tələblərinə uyğun həyata keçirilir.

Qaydaların əsas məqsədi təhlükəli yüklərin mülki hava gəmiləri ilə təhlükəsiz daşınması şərtlərini müəyyən etməklə, uçuşların təhlükəsizliyinin təmin edilməsi, aviasiya hadisələri və aviasiya insidentlərinin sayının minimuma endirilməsi, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması sahəsində mülki aviasiyanın fəaliyyətinə ehtimal olunan qanunsuz müdaxilə aktlarının qarşısını almaqla əhalinin, sərnişinlərin və hava gəmisinin heyətinin həyat və sağlamlığının qorunması, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması və təhlükəsizliyinin təmini ilə məşğul olan subyektlərin dayanıqlı fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılması, həmçinin bütün təhlükəli yüklərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının təhlükəsizlik standartlarının tətbiq olunmasını təmin etməkdir.

Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair xüsusi tələblər, hava limanlarında təhlükəli yüklərlə bağlı əməliyyatlar (təhlükəli yüklərin qəbulu, saxlanılması, yüklənib-boşaldılması) beynəlxalq standartlar və tövsiyə olunan təcrübə ilə müəyyən edilir.

Tarix
2025.03.18 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla