Yuxarı

ADU-da Novruz şənliyi keçirildi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Novruz şənliyi keçirildi – Foto

Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib. Xalqımızın hər il böyük maraq və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara can sağlığı və işlərində uğurlar arzu edib:

“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Novruz bayramınız mübarək! Sizi bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə sağlıq, xoşbəxtlik arzu edirəm.

Qoy ocağımız daima isti olsun, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Mənim təbriklərimi ailənizə, doğmalarınıza da çatdırmağınızı xahiş edirəm”.

Tədbirdə müxtəlif kafedraların, dekanlıqların hazırladıqları bayram süfrəsi, həmçinin bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub.

Tələbələrin hazırladıqları konsert proqramı təqdim olunub.

Sonda Novruz tonqalı qalanıb.

Tarix
2025.03.20 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla