Yuxarı

Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun qar uçqununa düşən hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri tapılıb. Xidmət vaxtı həlak olan hərbçilərimizə qanunauyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir.

Axar.az-ın məlumatına görə, Oxu.Az-a məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan Ordusunun həyatlarını itirən hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər.

Xidmət rəsmisi qeyd edib ki, bu gün həlak olan hərbi qulluqçular - Əli İmanov və Ruslan Həmidova xidmət vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

Tarix
2025.03.22 / 00:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla