Yuxarı

Xızıda dəhşətli qəza: 3 ölü, 20 yaralı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xızıda dəhşətli qəza: 3 ölü, 20 yaralı - Yeniləndi

Xızı rayonu ərazisnidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS-in məlumatına görə, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadənin verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş kollec tələbələri olub.

Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılır.

***

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

APA-nın xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub. İçərisində tələbələr olan "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.

Məlumata görə, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira, Ziba Rəhimova, Lalı Rəhmanova, 1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fəryadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov, 1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev, Vüsalə Ağabəylidir.

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Universitetin əməkdaşlarıdır.

***

Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

***

Ötən gün axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərasinində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Xızı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb.

Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.

Tarix
2016.05.30 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla