“Melissa Group”un rəsmi internet səhifəsinin fəaliyyətində problem yaranıb, hazırda sayta giriş mümkün deyil.
Axar.az-ın məlumatına görə, şirkətdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda texniki problemlərdən dolayı şirkətin internet səhifələri fəaliyyət göstərmir.
Qeyd olunub ki, problem həll olunduqdan sonra saytlar aktivləşəcək.
“Sayt neçə gündür fəaliyyətini dayandırıb və bu Alatavadakı hadisə ilə bağlı ola bilərmi?” sualına isə cavab belə oldu:
“Bu barədə danışa bilmərik. Qeyd etdiyim kimi, texniki problem həll olunduqdan sonra sayt işə başlayacaq”.
Qeyd edək ki, ötən gün saat 11 radələrində “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlərin olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.