Yuxarı

Saxta pul kəsən nigeriyalıların işi məhkəmədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta pul kəsən nigeriyalıların işi məhkəmədə

Bakıda saxta pul kəsən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə Lent.az-a vəkil Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, iş baxılması üçün Ali Məhkəmənin hakimi İlqar Qilicovun icratına verilb. Proses iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, keçən il aprel ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar. Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Tarix
2016.05.31 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla