Yuxarı

Gəncədə evlərin damı buna görə dəyişdirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə evlərin damı buna görə dəyişdirilir - Foto

Gəncə şəhərində genişmiqyaslı təmir işləri aparılır.

Yerli sakinlər Axar.az-a bildiriblər ki, bu işlər 2025-ci ildə keçiriləcək III MDB Oyunları ilə bağlıdır.

Onların sözlərinə görə, evlərin dam örtükləri qırmızı rəngdə olmalıdır və şəhərdəki bütün evlərin damı ardıcıl şəkildə dəyişdiriləcək.

Bundan əlavə, şəhərin müxtəlif prospekt və küçələrində də yenidənqurma və abadlıq işləri görülür.

Qeyd edək ki, Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib. III MDB Oyunları isə sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək. Yarışlar Gəncə ilə yanaşı, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil olunacaq. Ümumilikdə 23 idman növü üzrə keçiriləcək oyunlardan 8-i Gəncədə baş tutacaq.

Tarix
2025.03.29 / 17:20
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla