Yuxarı

Nazir yeni şöbə müdiri təyinat etdi, iki vəzifə isə boşdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir yeni şöbə müdiri təyinat etdi, iki vəzifə isə boşdur

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Babayevdir. Onların yerinə yeni təyinat olmayıb.

Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə nazirliyin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimovu və Nadim Babayevi 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.

Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, İ.Kərimov Vüqar Mustafayev nazir təyin olunmamışdan əvvəl işdən çıxarılıb, N.Babayev isə təxminən bir il əvvəl vəzifəsindən azad olunub.

Tarix
2025.04.01 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla