Yuxarı

Dan Yorgensen Azərbaycana gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dan Yorgensen Azərbaycana gəlir

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen sabah (4 aprel) Azərbaycana gələcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.

Qeyd edilib ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 11-ci Toplantısında və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısında iştirak edəcək.

Yorgensenin Azərbaycana səfərində bərpa olunan enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq da mühüm yer tutacaq. Komissar həmçinin yaşıl enerji dəhlizinə dair sazişi müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan nazirləri ilə görüşə qatılacaq. O, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə Xəzər dənizində dəniz külək enerjisinin inkişafına dair AB-Azərbaycan biznes dəyirmi masasına həmsədrlik edəcək.

Tarix
2025.04.03 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla