Yuxarı

ADU strategiyası: Regionda konfrans başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU strategiyası: Regionda konfrans başladı

Aprelin 3-də “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” 2-ci regional (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala) konfransı işinə başlayıb.

Axar.az xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində bir sıra elmi görüşlərin, tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində ADU-nun rektoru akademik Kamal Abdulla, pedaqoji heyət və tələbələr ADU məzunları ilə görüşəcək, elmi-pedaqoji seminarlarda iştirak edəcəklər.

“Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” 2-ci regional konfransın ilk günü nəzərdə tutulan məzunlarla metodiki seminarlar (4 bölmə) - Dil bacarıqları (ingilis dili) – dos. Vəfa Babayeva, dos. Vüsalə Ağabəyli, Hüzurə Ağayeva; Dil bacarıqları (alman dili) – dos. Naibə Camalzadə, Lətifə Qurbanova; Dil bacarıqları (fransız dili) – prof. Gülnarə Sadıxova, Jalə Salmanova; Xarici dilin tədrisində psixoloji və pedaqoji aspektlər – prof. Hikmət Əlizadə; dos. Misgər Məmmədov və Samirə Həsənova tərəfindən keçirilib.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin rəhbərliyi məzunlarla iş və karyera imkanlarının qiymətləndirilməsi, məzunların təhsil keyfiyyətlərinin artırılması istiqamətində silsilə tədbirləri keçirir. Məzunların karyera imkanlarını təhlil etmək, pedaqoji kadrların bilik və bacarıqlarının artırılması istiqamətində seminarlar, təlimlər keçirmək ADU-nun təhsil strategiyasının uğuru deməkdir.

Tarix
2025.04.03 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla