Yuxarı

Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Axar.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi 52 ünvanında yerləşən “Hünər Sumqayıt-10” MTK-ya məxsus ərazidə, İmişli rayonu Sarxanlı kəndi ərazisində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında və Quba rayonu İkinci Nügədi kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 98 900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Tarix
2025.04.04 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Xanlar Vəliyevin qızına yüksək vəzifə verildi

Ermənistan DİN Kamillə bağlı məsələyə aydınlıq gətirdi

Bakı Pezeşkianı gözləyir: Bu məsələ də həllini tapmalıdır

Şimali Kipr prezidenti İlham Əliyevə təşəkkür etdi

35 minlik məqalə: Nazirin rezonans doğuran açıqlaması

Prezident: Onların cavabı nə oldu, Hikmət, de... - Video

Prezident Əliyev İsraillə bağlı bunu ilk dəfə dilə gətirdi

Azərbaycan erməni terrorçuluğunun hədəfində - Video

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Əfv Komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla