Yuxarı

Prezident: Onların cavabı nə oldu, Hikmət, de... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ” mövcud deyil, o yalnız erməni revanşistlərin və onları dəstəkləyənlərin xülyalarında var. Və belə bir bəyanatın yerləşdirilməsini (Almaniya Prezidenti Ştaynmayerin sosial şəbəkə hesabındakı paylaşım – red.) Azərbaycana qarşı təhqir kimi görürük. Və digər bir meyar – yəni bizi bunun səhv olduğunu düşünməkdən çəkindirirdi – bayrağın cırıq olmasıydı. Cırıq vəziyyətdə “bayraq” bəlkə də “yaralanmış artsax” demək idi – Azərbaycana verilən mesaj bu idimi? Biz bunu ciddi nəzərdən keçirdik. Səmimi desəm, bizim üçün addım atmağa müəyyən variantlar vardı. Əgər üzrxahlıq olmasaydı, onda səfərin tarixi (Ştaynmayerin Azərbaycana səfəri - red.) dəyişilə bilərdi. Mən bunu bizim daxili söhbətlərimizdən sizə deyə bilərəm.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sosial media hesabında Azərbaycanın bir regionuna aid yanlış “bayrağın” paylaşılması haqda danışarkən deyib.

Prezident İlham Əliyev: Alman səfiri dəvət olundu, Xarici İşlər Nazirliyinə gəldi ki, vəziyyəti aydınlaşdırsın. Və o söylədi ki, onlar (Almaniya) üzr istəməyəcəklər, elə deyilmi, Hikmət (Prezidentin köməkçisi Hikmət Hacıyevə üz tutur – red.). Bu, daha bir təəccübləndirici məsələ idi. Sonra mənim köməkçim Hikmət Hacıyev Prezident Frank-Valter Ştaynmayerin administrasiya rəhbəri ilə əlaqə saxladı. Cavab nə oldu, Hikmət?

Hikmət Hacıyev: Cənab prezident, ilkin mərhələdə xanım sədr dedi ki, bu, bilərəkdən deyil, texniki səhvdir, üzrxahlıq edirik, ancaq aramızda qalsın. Ancaq mən sizdən aldığım təlimat əsasında bildirdim ki, Azərbaycan tələb edir ki, rəsmən ictimaiyyət qarşısında üzrxahlıq verilsin. Və bundan sonra onlar bunu etdi.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bax, bu məsələ belə öz həllini tapdı.

Tarix
2025.04.09 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla