Yuxarı

Almaniya Azərbaycandan üzr istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidenti Administrasiyası bu ölkənin prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

Axar.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.

Qeyd edək ki, Almaniya prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Məktubu təqdim edirik:

"Hörmətli Hikmət Hacıyev.

Federal prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır".

Tarix
2025.04.01 / 08:39
Müəllif
Axar.az
Digər xəbərlər

Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Prezident Lü Tzyançaonu qəbul etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Erik Ceykobs Bakıya gəldi

Bakı və İrəvan arasında sülhün çox böyük əhəmiyyəti var

Almaniya prezidentinin şərəfinə rəsmi nahar verildi

Zəngəzur dəhlizinin açılması... – Əsədov

Top Ermənistandadır, sülh istəyirsə, bu iki şərti qəbul etsin!

Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla