Yuxarı

Üç il aliment ödəməyən kişi həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç il aliment ödəməyən kişi həbs edildi

Lerikdə aliment borcunu ödəməyən şəxs həbs edilib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, rayonun Zərdəbərə kənd sakini 11.100 manat aliment borcunu ödəməkdən imtina etdiyi üçün məhkəmənin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, kənd sakini 2018-ci ildən üç övladının hər birinə 100 manat olmaqla, 300 manat aliment verməli idi.

O, istintaq dövründə ümumi borcunun 400 manatını ödəyib.

Sözügedən şəxs 2023-cü ildə səkkiz gün müddətinə inzibati qaydada həbs edilib, məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunub və ölkədən çıxışına qadağa qoyulub.

Ümumilikdə atanın 11 min manat borcu yaranıb, amma o, bu məbləği ödəyə bilməyib.

Yekun nəticədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Tarix
2025.04.04 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla