Yuxarı

İstirahət günlərində milli parklarda hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstirahət günlərində milli parklarda hava necə olacaq?

İstirahət günlərində yəni aprelin 5 və 6-sı milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin aprelin 5-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-23° isti olacaq.

Göygöl Milli Parkına səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin gündüz saatlarında arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20° isti olacaq.

Şahdağ Milli Parkında turistləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 5-də gündüz qısamüddətli yağıntı olacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22° isti olacaq.

Altıağac Milli Parkına getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də axşama doğru arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20° isti olacaq.

Samur-Yalama Milli Parkına səyahət edən turistləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23° isti olacaq.

Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24° isti olacaq.

Ağgöl Milli Parkına səfər edənləri əsasən yağmursuz hava gözləyir. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 20-25° isti olacaq.

Qızılağac Milli Parkının səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 5-i gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 20-24° isti olacaq.

Hirkan Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 20-24° isti olacaq.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səfər edən ziyarətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25° isti olacaq.

Tarix
2025.04.04 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla