Yuxarı

Mehriban Ələkbərzadə: 20 Yanvar şəhidləri dəbdə deyil

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Ələkbərzadə: 20 Yanvar şəhidləri dəbdə deyil

Son günlər doğma teatrımda baş verən söz-söhbətlərə susmağım laqeyd münasibətimdən irəli gəlmir. Əziz həmkarlarımın müsahibələrinə yazılan şərhlərdə adımın hallanması, “Şahid atası təhqir olunan Məsma niyə susur?” kimi yazılar, təbii ki, mənə xoş təsir bağışlamır. Bəli, acı da olsa, bu bir həqiqətdir. Mehriban Xanlarovanın mənim haqqımda paylaşdığı məlumat doğrudur.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu sosial şəbəkədə tanınmış aktrisa, əməkdar artist Məsmə Aslanqızı bildirib.

O qeyd edib ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, "Az, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!" sözlərini dediyini inkar etsə, nəinki atasının ruhu, həm də 1990-cı ilin 20 yanvarında Bakıda, 25 yanvarında Neftçalada, 26 yanvarında Lənkəranda şəhid olmuş 150-dən çox insanın ruhu, 20 Yanvar yaralıları və şəhid ailələri onu bağışlamaz:

"Əmin olun ki, bu gün Qanlı Yanvar tarixini və 20 Yanvar şəhidlərini unutduran bu cür sapı özümüzdən olan baltalar sabah Vətən müharibəsi şəhidlərini də unutdurmağa çalışacaqlar. Hamımız çox yaxşı bilirik ki, istənilən an düşmən təxribatı ilə üz-üzə qala bilərik. Sizcə, bu unutqanlığı və şəhid ailələrinin bu cür alçaldılmasını görən bir vətən övladı sabah yenidən müharibə olarsa, əlində silah, ürəyində inam və əvvəlki ruh yüksəklikləri ilə döyüşə gedəcəkmi?"

Qeyd edək ki, Məsmə Aslanqızı 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin qızıdır.

Tarix
2025.04.05 / 14:52
Müəllif
Kult.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla