Yuxarı

Şəmkirə narkotiklə gedən gəncəli saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirə narkotiklə gedən gəncəli saxlanıldı - Video

Uzun illərdir avtomobil təmiri ilə məşğul olan Gəncə sakini Şəmkirdə polis tərəfindən saxlanılıb. Özü də çətənə kolları ilə birlikdə.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir polisinə Gəncə sakini, 51 yaşlı Rizvan Abbasovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat tədbirlərinə başlayan polis şəxsi rayonun Təzəkənd kəndi ərazisində saxlayıb.

Qurban Qurbanov- müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Rizvan Abbasovun əlindəki iki ədəd torbaya baxış keçirilən zaman oradan ümumi çəkisi 2 kiloqram 310 qram olan çətənə kolları aşkar edilərək götürülüb".

Rizvan Abbasov narkotiki şəxsi istifadəsi üçün yol kənarından topladığını deyib. Əməlindən peşman olduğunu bildirən avtomobil ustası, onu tanıyanlara salam söyləməyi də unutmayıb.

Rizvan Abbasov- saxlanılan şəxs: "Yolla keçirdim. Gördüm yaşıllıqdır. Torbaya yığıb doldurdum ki, çəkim. Getmək istəyirdim, iş belə alındı. Özümünkülərə, məni tanıyanlara salam deyirəm. Gəncənin 70 faizi məni tanıyır".

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2016.06.01 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla