Yuxarı

Ata naringiləri icazəsiz satan oğlunu güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mətləb Quliyevin (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Axar.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 20 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində Astara rayonu, Vaqo kəndində qeydə alınıb.

Belə ki, Mətləb Quliyevin oğlu, zərərçəkmiş Mahir Quliyev (ad, soyadı şərtidir) yaşadığı evin həyətyanı sahəsində naringi ağaclarındakı meyvələri icazəsiz dərib satıb. Buna görə onların arasında mübahisə yaranıb. Bu zaman o, oğluna bir dəfə üz nahiyəsindən yumruqla zərbə vurub, bundan sonra o, yaşadığı evdə saxladığı ov tüfəngini götürərək Mahir tərəfə açıb və onu yaralayıb.

Hadisədən sonra Mətləb Quliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.04.07 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Xanlar Vəliyevin qızına yüksək vəzifə verildi

Ermənistan DİN Kamillə bağlı məsələyə aydınlıq gətirdi

Bakı Pezeşkianı gözləyir: Bu məsələ də həllini tapmalıdır

Şimali Kipr prezidenti İlham Əliyevə təşəkkür etdi

35 minlik məqalə: Nazirin rezonans doğuran açıqlaması

Prezident: Onların cavabı nə oldu, Hikmət, de... - Video

Prezident Əliyev İsraillə bağlı bunu ilk dəfə dilə gətirdi

Azərbaycan erməni terrorçuluğunun hədəfində - Video

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Əfv Komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla