“AzerGold” bu şirkətlə əməkdaşlıq sənədləri imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 8-də “AzerGold” QSC və Pakistan İslam Respublikasının “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

Axar.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri və Pakistan Mineral İnvestisiya Forumu çərçivəsində paytaxt İslamabad şəhərində təşkil olunan mərasimdə sənədləri AzerGold QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev və “Frontier Works Organization” şirkətinin faydalı qazıntıların kəşfiyyatı və inkişaf əməliyyatları üzrə direktoru Muhammad Badr Malik imzalayıblar.

Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlığın qurulması məqsədilə imzalanan sənədlərə əsasən, tərəflər arasında Azərbaycan, Pakistan, eləcə də digər ölkələrin ərazilərində faydalı qazıntı yataqları ilə bağlı mövcud geoloji məlumatların öyrənilməsi, birgə geoloji kəşfiyyat proqramları, mədən layihələrin icrası ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin sənədlərdə məlumat və təcrübə mübadilələrinin aparılması, qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı tərəflər öz niyyətlərini ifadə ediblər.

Xatırladaq ki, cari ilin 25 fevral tarixində AzerGold QSC-də Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Görüşün yekunu olaraq tərəflər arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, məlumat mübadiləsinə dair NDA sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə edilmişdi.

Tarix
2025.04.09 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fikrətoğlu müəmması: ARKA-dan getdi, yeni vəzifəsi...

Prezident Li Çianqla görüşdü

Bakının dəvətini müzakirə edəcəyik - Andreasyan

Prezidentin Çin səfəri: 3 mühüm məsələ... - Ekspert

Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...

Saziş imzalandı: Çinə nə vaxt vizasız gedə biləcəyik?

Prezident Cao Lıci ilə görüşdü

Prezident Çində, görün, hansı mahnı ilə qarşılandı - Video

Netanyahu Bakıya səfər edəcək? – Təcili

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla