Yuxarı

15 məşhur restoran cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakıda fəaliyyət göstərən “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Afrodita”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”.

Mətbuat katibi ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Tarix
2025.04.23 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Əfv komissiyasının iclası: Müraciətlərin sayı 700-ü keçdi

Prezidentin Çinə səfəri buna təkan verəcək - Deputat

Pezeşkian: Azərbaycan və İran bir bədənin hissələridir

Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...

Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi

Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi - Foto

Prezident Cao Lıci ilə görüşdü - Foto

Fikrətoğlu müəmması: ARKA-dan getdi, yeni vəzifəsi...

Prezident Li Çianqla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla