Yuxarı

Pezeşkian: Azərbaycan və İran bir bədənin hissələridir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında çıxış edərək, İran və Azərbaycan xalqları arasında əlaqələrdən, ortaq tarix və mədəni dəyərlərdən danışıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Prezident Pezeşkian bildirib ki, yaxın zamanda iki ölkə arasında münasibətlər sürətlə inkişaf edəcək:

“Azərbaycan və İran bir bədənin hissələridir. Sərhədin hər iki tərəfində yaşayan xalqların minilliklərə söykənən, dərin dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda davam edən münasibətlərin bərpası prosesi nəticəsində tezliklə sürətli və əhəmiyyətli əməkdaşlığa şahidlik edəcəyik”.

İclasda iştirak edən nazirlər də Azərbaycanla əməkdaşlığın son vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün aparılan məsləhətləşmələr barədə məlumat veriblər.

Tarix
2025.04.23 / 17:07
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

"Playstation" klublarla bağlı araşdırma aparılır - Muradova

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı

Şeyx İspaniyaya gedir

Azərbaycan Ordusu üçün 198 minlik bayraq sifariş edildi

Çinlə imzalanmış sənədlərin detalları açıqlandı

Əfv komissiyasının iclası: Müraciətlərin sayı 700-ü keçdi

Prezidentin Çinə səfəri buna təkan verəcək - Deputat

Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...

Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi

Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla