Yuxarı

Azərbaycan Ordusu üçün 198 minlik bayraq sifariş edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün bayraqların alınması məqsədilə “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, nazirlik toplam 932 ədəd müxtəlif bayrağın və 30 ədəd bayraq dirəyinin alınması üçün şirkətə 197 min 848 manat ödəyəcək.

Müvafiq işlərin görülməsinə bu ayın 2-də başlanılıb, dekabrın 20-ə qədər isə bitməyi planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ərzində Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif bayraqların satın alınması ilə bağlı tenderin ilkin dəyəri 201.992,74 AZN olub. Müdafiə Nazirliyi “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 197 min 848 manata razılaşıb.

Müqavilə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Ordusunun, Quru Qoşunların, Hərbi Hava Qüvvələrinin müxtəlif ölçülərdə bayraqlarının alınması nəzərdə tutulub.

Bundan əlavə, Türkiyə, Qazaxıstan, Rusiya, Gürcüstan dövlət bayraqlarının alınması da müqaviləyə daxildir.

“Azer Atribut” MMC Bakıda fəaliyyət göstərir. Şirkət böyük və kiçik ölçüdə bayraqların istehsalını, bayraq dirəklərinin isə satışını həyata keçirir.

Tarix
2025.04.23 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla