Yuxarı

Masallıda ikimərtəbəli evdə güclü yanğın - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda ikimərtəbəli evdə güclü yanğın - Video

Masallıda evdə yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Masallı rayonu, Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 460 m² olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m. və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Tarix
2025.04.23 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla