Yuxarı

Expressbank Aqrar Biznes Festivalında iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Expressbank" Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş şəhərində keçirilən Aqrar Biznes Festivalının rəsmi tərəfdaşı olub.

Axar.az xəbər verir ki, aqrar sektorun maliyyə imkanlarını artırmaq, fermer və sahibkarları mövcud və yeni dəstək mexanizmləri barədə maarifləndirmək məqsədilə həyata keçirilən festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə baş tutub. Paneldə "Expressbank"ın nümayəndəsi İnayət Qarayev fəal iştirak edərək festival iştirakçılarının suallarını ətraflı cavablandırıb.

Bununla yanaşı, Bank nümayəndələri aqrar sektorda fəaliyyət göstərən sahibkar və fermerlərlə birbaşa ünsiyyət quraraq, bankın təqdim etdiyi maliyyə alətləri, kredit imkanları və kənd təsərrüfatına yönəlik xüsusi məhsullar barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, "Expressbank" bu cür panel sessiyalarının ölkənin müxtəlif iqtisadi bölgələrində davamlı olaraq təşkilini daim dəstəkləyir.

Bankın kənd təsərrüfatı subyektlərinin inkişafına dəstək üçün nəzərdə tutulan məhsulları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Tarix
2025.04.10 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix

Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!

Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir

Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı

Diplomatların Xankəndiyə səfəri başladı - Video

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla