Yuxarı

Keçmiş rəisə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar Rayon Məhkəməsində mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Hafiz Bədəlov (soyadı şərtidir) və Elnur Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Axar.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Hafiz Bədəlov 4 000 manat və Elnur Yusifov isə 5 500 manat cərimə ediliblər. Onlar zərərçəkmiş şəxslərlə barışdıqlarına, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödədiklərinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiklərinə görə, dələduzluq və mənimsəmə maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibi, həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən, xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınıb.

İttihama görə, Hafiz Bədəlov Ədliyyə Nazirliyinin Qusar Rayon İcra və Probasiya Şöbəsinin probasiya üzrə böyük icra məmuru vəzifəsində çalışıb. Sonra o öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib. Lakin buna baxmayaraq, Hafiz sonradan Qusar Rayon İcra və Probasiya Şöbəsinə qeyri-rəsmi, daha sonra isə könüllü işçi kimi cəlb olunub. Elnur Yusifov isə Qusar Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.5, 308.2, 310, 32.5, 313, 320.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.04.18 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla