Yuxarı

Xankəndi şəhərinə qoyulan investisiyanın məbləği...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi şəhərinə qoyulan investisiyanın məbləği...

Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən ermənilər Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində Azərbaycan xalqına məxsus mədəni, dini, tarix abidələr və qəbristanlıqları məhv edib. Onlardan fərqli olaraq, bu gün Azərbaycan dövləti tərəfindən Xankəndi şəhərində olan erməni qəbristanlıqları və kilsələr qorunub saxlanılır. Xankəndi şəhərindəki erməni sakinlər bu gün burda rahat və təhlükəsiz yaşayırlar.

Axar.az xəbər verir ki, bu fikirləri Xankəndidə diplomatik korpus nümayəndələri ilə görüşündə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir avtomobil yolları, dəmir yolları, hava yolları çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Ərazilərdə geniş yaşıllıq zolaqları salınır. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhəri və digər yaşayış məntəqələri sahibkarlar üçün əlverişli mühit formalaşdırır.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 439 sahibkarlıq subyektləri tərəfindən 30 milyon manat investisiya qoyulub. Özəl sektor üzrə 1900-ə yaxın şəxs işlə təmin edilib. İlin sonuna qədər bu rəqəmin 3 mindən artıq olması planlaşdırılır. Əhalinin məşğulluğu təmin edilir, yeni iş yerləri yaradılır. Əhalinin geri dönüşü üçün ərazilərdə yeni təhsil ocaqları, tibb məntəqələri və digər lazımı infrastruktur yaradılır. Böyük qayıdış proqramı çərçivəsində geri qayıdan əhali bu xidmətlərindən istifadə edir.

Ərazilər minalardan təmizlənir, bu işlər üçün xarici mütəxəssislər də cəlb edilir. Mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərdə plana uyğun olaraq tikinti işləri həyata keçirilir. Xankəndi şəhərinin Baş planı da hazırlanır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın insanın daimi məskunlaşması təmin edilib. Xocalı rayonunun Ballıca kəndində 136 ailə olmaqla, 660 sakinin, Ağdərə rayonunun Həsənriz kəndində 70 ailə olmaqla 238, Suqovuşan kəndinə 180 ailə olmaqla 592, Talış kəndində isə 20 ailə olmaqla 90 sakinin köçü təmin edilib. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti-bərpa işləri davam etdirilir, digər 8 yaşayış məntəqəsində lahiyələndirmə və hazırıq işləri aparılır.

Tarix
2025.04.18 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla