Yuxarı

Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində deyib.

O, Xankəndi barədə danışaraq qeyd edib ki, adı “Xanın kəndi” mənasını verən bu şəhər Azərbaycan tarixinin qədim və əhəmiyyətli yaşayış məntəqələrindən biridir:

"1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra şəhər onilliklər boyunca Stepanakert kimi adlandırılıb. 1980-ci illərin sonlarında isə Xankəndi separatizmin, terrorizmin və terror fəaliyyətlərinin mərkəzinə çevrildi, bu da Azərbaycanda və daha geniş regionda uzun sürən faciəli münaqişənin əsasını qoydu”.

H.Hacıyev vurğulayıb ki, həmin dövrdə şəhər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu bir yerə çevrilib:

"Burada azərbaycanlı mülki şəxslərin və hərbi qulluqçuların əsir və girov kimi saxlanılması, işgəncəyə məruz qalması halları baş verib. Bir növ bu şəhər azərbaycanlı əsirlər üçün düşərgə rolunu oynayıb. "Soyuq müharibə"dən sonra beynəlxalq ictimaiyyət sülh və əməkdaşlıq əsasında yeni dünya nizamı qurmağa çalışdığı bir zamanda bu şəhər, təəssüf ki, həmin prinsiplərin pozulmasının simvoluna çevrilib”.

Prezidentin köməkçisi əlavə edib ki, Xankəndi beynəlxalq hüququn məhv edildiyi bir məkan olub:

“Bu gün Azərbaycan regionda yeni status-kvo yaradaraq bu şəhəri həyata qaytarır”.

Tarix
2025.04.18 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla