Yuxarı

Xaricdə yaşayan daha bir bloger istintaqa dəvət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq xaricdə yaşayan bloger İmaməddin Əlimanovu istintaqa dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.

Məlumatda vurğulanır ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs 06.10.1985-ci il təvəllüdlü İmaməddin İntiqam oğlu Əlimanova barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda Yutub sosial media hesabında “Xalq tv” adlı kanal təsis etməklə, həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Tarix
2025.04.10 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix

Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!

Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir

Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı

Diplomatların Xankəndiyə səfəri başladı - Video

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla