Yuxarı

İran-Ermənistan təlimi, görün, harada keçirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran-Ermənistan təlimi, görün, harada keçirilir - Foto

Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlılarının iki ölkənin sərhədində birgə təlimlər keçirməsi ilə bağlı BBC də material yayıb.

Axar.az xəbər verir ki, materialda aprelin 9-u və 10-da keçirilən təlimlərin “sərhəd keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə tədbirləri” əhatə etdiyi bildirilib.

Vurğulanıb ki, əslində qısamüddətli və yerli hadisə olan bu təlimlər regionun geosiyasətində genişmiqyaslı dəyişiklikləri əks etdirir. Belə ki, təlimlər SSRİ-nin dağılmasından bəri Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən qorunan Aqarak/Norduz sərhəd məntəqəsinin ətrafında aparılır. Bu ərazidə rus sərhədçilər 2025-ci ilin yanvarından erməni sərhədçilərlə əvəzlənib.

“İran-İsrail və İran-Amerika qarşıdurmasının kəskinləşməsi fonunda Co Bayden administrasiyasının son günlərində bağlanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişi İran siyasətçilərini narahat etməyə bilməz.

Ermənistan və İran xüsusi təyinatlılarının tarixdə ilk dəfə birgə təlimlərinin keçirilməsi onu göstərir ki, erməni diplomatlar iranlı həmkarlarını İrəvanın qərbyönlü kursunun cənub qonşusuna qarşı yönəlmədiyinə inandıra biliblər”, - BBC qeyd edib.

Tarix
2025.04.10 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla