
Nikolun Mehriyə gəlişinin sirri: Bakının “dəhliz və su” tələbi…
11:58
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
2025. 04.13. 22:53
Ötən il sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhətində son üç gün ərzində problemlər yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə o, Feysbuk sosial şəbəkəsində həmvətənlərinə videomüraciətində deyib.
“Sui-qəsd cəhdi zamanı aldığım yaralar son üç gündə məni narahat edirdi. İş proqramımın bir hissəsini ləğv etməli oldum”, - o bildirib.
Qeyd edək ki, Fitsoya qarşı sui-qəsd cəhdi 15 may 2024-cü ildə Slovakiyanın qərbindəki Handlova şəhərində baş verib. Baş nazir bir neçə güllə yarası alıb və bir sıra əməliyyatlar keçirib. O, yalnız 2024-cü ilin iyulunda öz vəzifəsinə qayıda bilib.
Tarix
2025.04.14 / 00:43
|
Müəllif
Axar.az
|