10:07
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.
Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75%-i), Ağdamda 19 mm (aylıq normanın 39%-i), Zərdab, Göyçay, Quba və Lerikdə 18 mm (aylıq normanın 25-58%-i), Xaltanda 17 mm (aylıq normanın 24%-i), Kürdəmir və Yardımlıda 16 mm (aylıq normanın 26-46%-i) Oğuzda 14 mm (aylıq normanın 14%-i), Sabirabad, Yevlax və Qəbələdə 12 mm (aylıq normanın 12-44%-i), Şuşa, Ağsu, İsmayıllı və Şamaxıda 10 mm (aylıq normanın 10-15%-i), Xaçmaz və Tərtərdə 9 mm (aylıq normanın 26-30%-i), Altıağac, Şabran və İmişlidə 8 mm (aylıq normanın 11-27%-i), Şəki, Tovuz və Mingəçevirdə 7 mm (aylıq normanın 8-21%-i), Qobustan, Goranboy, Şahbuz, Qəbələ, Naftalan və Lənkəranda 6 mm, Bərdə, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Daşkəsən, Astara, Biləsuvar, Qax, Zaqatala və Balakəndə 5 mm-dir.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26%-ni təşkil edir.
Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Xınalıqda 20, Qrızda (Quba) 16, Şahdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şamaxıda 16, Qobustanda 18, Şahbuzda 19, Şahdağda 20, Culfada 24, Bakıda və Abşeron yarımadasında 27 m/s-yə çatır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda aran rayonlarında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.
***
Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın 45%-i), Xaltanda 17 mm (aylıq normanın 25%-i), Gəncədə 10 mm (aylıq normanın 32%-i), Şahdağda 10 mm, İsmayıllıda 8 mm, Lənkəranda 7 mm, Ağdam, Cəlilabadda 6 mm, Zaqatalada 5 mm, Daşkəsən, Neftçalada 2 mm-dir. Naxçıvan MR, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək (aylıq normanın 33%-i) təşkil edir.
Dağlıq ərazilərdə - Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçında isə qar yağır.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb. Dənizdə dalğanın hündürlüyü 2.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvanda, eyni zamanda aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.