Yuxarı

Yunanıstan bununla Türkiyənin dəniz yurisdiksiyasını pozur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstan bununla Türkiyənin dəniz yurisdiksiyasını pozur

Yunanıstanın Avropa Birliyi (AB) qanunvericiliyinə uyğun olaraq elan etdiyi Dəniz Məkanlarının Planlaşdırılması çərçivəsində Egey və Şərqi Aralıq dənizlərində göstərilən bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

Açıqlamada Yunanıstanın birtərəfli addımları və iddialarının Türkiyə baxımından heç bir hüquqi nəticə doğurmayacağı bir daha vurğulanıb.

Türkiyə XİN Egey və Aralıq dənizi kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinməyin zəruriliyini vurğulayıb. Eləcə də beynəlxalq dəniz hüququnun ətraf mühit məsələləri də daxil olmaqla, bu kimi dənizlərdə sahilyanı dövlətlər arasında əməkdaşlığı təşviq etdiyi və bu kontekstdə Türkiyənin Egey dənizində Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğu xatırladılıb.

Qeyd olunub ki, Türkiyə Yunanıstanla hər iki tərəfin münasibətlərində saxlamaq istədikləri mövqeyi əks etdirən, 2023-cü il dekabrın 7-də imzalanmış Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi çərçivəsində, eləcə də beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq əsasında məsələlərin həlli üçün səmimi və əhatəli yanaşmanın qəbul edilməsi mövqeyini qoruyur. Türkiyə tərəfindən hazırlanan Dəniz Məkanlarının Planlaşdırılması sənədi həm UNESKO-ya, həm də BMT-nin aidiyyəti qurumlarına təqdim olunub.

Tarix
2025.04.16 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla