Yuxarı

Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, jurnalist Pərvin Abışovanın bildirdiyinə görə, hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib.

Biri oğlan, biri qız olmaqla iki uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən beş nəfər kişiyə hücum edərək uşaqları qaçırıb. Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları məktəbə gəlib.

Bildirilib ki, hadisə ilə bağlı iki qadın tutularaq 8-ci polis bölməsinə gətirilib. Cinayəti törədən şəxslərin hadisə yerinə gəldikləri maşının tapılması istiqamətində tədbir görülür.

Teleqraf-ın əldə etdiyi məlumata görə, uşaqları qaçıran anası olub. Uşaqlar daha öncə Cəlilabad rayonunda təhsil alıblar. Bu ilin aprel ayının birindən elektron yerdəyişmə ilə Səbail rayonu 49 nömrəli məktəbə keçid ediblər. Səhər şagird qəbulu zamanı ana uşağı qaçırmaq istəyib, məktəb rəhbərliyi işə müdaxilə edib, mübahisə yaranıb. Polis valideynləri və yaxın qohumları bölməyə aparıb.

Digər bir məlumata görə, qaçırılan şagirdlərin əmisi uşağı da 49 nömrəli məktəbdə təhsil alır. Onun da valideynləri arasında münaqişə var. İddiaya görə, saxlanılan digər qadın da həmin uşağın anasıdır.

Tarix
2025.04.16 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla