Yuxarı

Nikolun Mehriyə gəlişinin sirri: Bakının “dəhliz və su” tələbi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın həftəsonu Mehriyə səfəri Ermənistanda “Zəngəzur dəhlizi açılır” müzakirələrinə səbəb olub. Bu müzakirələri kəskinləşdirən amillərdən biri də Mehridə dəmir yolunun tikintisi və erməni baş nazirin bu haqda dedikləridir.

Paşinyan Mehridə iki məsələ üzərində xüsusilə dayanıb.

- Su itkisinin qarşısını almaq, resursları qorumaq;

- Dəmir yolunun tikintisini həyata keçirmək.

Paşinyan bildirib ki, dəmir yolunun inşası Ermənistana heç bir zərər gətirməyəcək.

“Bu, bizə milyardlarla gəlir gətirəcək, eyni zamanda, təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik verəcək. Yükdaşıma baxımından bizə böyük fayda verəcək”, - o deyib.

İki hətə öncə Ermənistan hökumətinin iclasında bəyan edildi ki, Mehrinin Nüvədi kəndi ərazisində dəmiryol xəttinin yenidən inşa edilməsi nəzərdə tutulur. Paşinyan da bildirib ki, “Sülh qovşağı” layihəsinin həyata keçirilməsi üçün zəruri hazırlıqlar görülür.

Erməni baş nazirin gündəmə gətirdiyi qondarma “Sülh qovşağı” layihəsi Zəngəzur dəhlizinə qarşı alternativ kimi irəli sürülür. Bu layihə rəsmi Bakı tərəfindən rədd edilib və Zəngəzur dəhlizinin açılması məsələsi üzərində dayanılıb. Bu o deməkdir ki, Azərbaycan razılıq verməyəcəyi təqdirdə, Paşinyanın “Sülh qovşağı” layihəsi kağız üzərində qalacaq.

Mehridə yaşayan ermənilər isə Paşinyandan dəmir yolu yox, su istəyiblər. Bildiriblər ki, milyonlar qazanmaq üçün ilk növbədə su qıtlığı həll edilməlidir. Paşinyan da öz növbəsində su qıtlığının aradan qaldırılması, çayların çirkləndirilməsinin qarşısının alınması və resursların qorunmasından bəhs edib.

Ermənistanda hesab edirlər ki, Paşinyanın Mehri səfəri Azərbaycan Prezidenti İlham Əliyevin həm Zəngəzur dəhlizi, həm də su ehtiyatları ilə bağlı tələblərini icra etməyə hesablanıb. Eməni ekspertlər qeyd edirlər ki, Mehridə inşa ediləcək dəmiryol layihəsi Zəngəzur dəhlizinin bir hissəsi ola bilər.

“Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan isə iddia edir ki, Paşinyanın Mehridə su ehtiyatları ilə bağlı açıqlamaları təsadüfi deyil, çoxları bunun əsl mənasını anlamır.

“Paşinyanın sözlərinin mərkəzində mühüm məsələ dayanır. Bu, Əliyevin Ermənistandan növbəti tələbidir. Tələbin mahiyyəti belədir: Ermənistandan axan çaylar, hövzələrindən gələn sular Azərbaycana gedir və rəsmi Bakı tələb edir ki, İrəvan su resurslarının qorunması və axınını təmin etməyə borcludur. Əliyev bəyan edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün Ermənistanla danışıqlara hazırlaşırlar. O da təsadüfi deyildi ki, Paşinyan Tavuş vilayətində adi velotur zamanı avtoyuma məntəqələrindən bəzi təhlükəli maddələrin Ağstev çayına atıldığını aşkarladı, bununla bağlı canlı yayım açdı və həmin məntəqələrin bağlanması göstərişini verdi. Məlumatım var ki, Bakının suvarma sularından səmərəli istifadə etməklə bağlı tələbi var. Azərbaycana axan sular çirkləndirilməməlidir”, - erməni deputat iddia edib.

Tarix
2025.04.15 / 11:58
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Ermənistan Bakıya uçuşların sayını açıqladı

Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - Video

“Hörümçək toru”: PUA-lar Rusiya sistemi ilə idarə olunub

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla