Yuxarı

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

ABŞ-ın yeni Təhlükəsizlik Strategiyasında Azərbaycanın adı yalnız bir yerdə keçir – Trampın bitirdiyi müharibələrin siyahısında. Özü də Ermənistanla bir yerdə: (Tramp ikinci hakimiyyəti dövründə) “Kamboca ilə Tailand, Kosova və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında sülh danışıqları apardı və Qəzza müharibəsini sona çatdırdı, bütün canlı girovları ailələrinə qaytardı”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, sənəddə bundan başqa heç bir yerdə adımız keçmir və Cənubi Qafqaz və ya TRIPP (Zəngəzur dəhlizi) kəlmələri də yoxdur:

“Buna baxmayaraq, Türkiyənin adının da bir dəfə keçdiyi sənəddə qardaş ölkə haqqında xoş fikirlər səsləndirilir və Ankara Vaşinqtonun yaxın müttəfiqi kimi təsvir olunur: “İsrail-Fələstin münaqişəsi gərgin olaraq qalır, lakin Prezident Trampın danışıqlar apardığı atəşkəs və girovların azad edilməsi sayəsində daimi sülhə doğru irəliləyiş əldə edilib. HƏMAS-ın əsas dəstəkçiləri zəiflədilib və ya uzaqlaşdırılıb. Suriya potensial problem olaraq qalır, lakin Amerika ərəb ölkələrinin, İsrail və Türkiyənin dəstəyi ilə regionun ayrılmaz, müsbət oyunçusu kimi öz layiqli yerini bərpa edə bilər”.

İranın adı isə 3 dəfə çəkilir. Əsasən də mənfi mənada: “Münaqişə Yaxın Şərqin ən çətin dinamikası olaraq qalır, lakin bu gün bu problem başlıqların inandıra biləcəyindən daha azdır. Bölgənin sabitliyi pozan əsas qüvvəsi olan İran 7 oktyabr 2023-cü ildən bəri İsrailin hərəkətləri və Prezident Trampın 2025-ci ilin iyununda İranın nüvə proqramını əhəmiyyətli dərəcədə pisləşdirən “Gecəyarısı çəkic” əməliyyatı nəticəsində xeyli zəifləyib”.

Tarix
2025.12.07 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla