Yuxarı

Gəncədə yəhudilər Pesax bayramını qeyd etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə Yəhudi dini icmasının təşkilatçılığı ilə Pesax bayramına həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb.

Tədbirdə DQİDK-nin Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Yəhudi icmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus pravoslav kilsəsinin baş keşişi Varfolomey Sotnikov, şəhid ailələri, müharibə veteranları, Yəhudi dini icmasının üzvləri və müxtəlif din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir. Bayram günlərində müxtəlif dini ayinlər icra olunur və xüsusi süfrə təşkil edilir. Bayram süfrəsində əsas yer tutan təam – "matsa" (şit fətir) Pesaxın simvolu hesab olunur. Süfrədə həmçinin yeddi növ göyərti və yeddi növ təam yer alır: matsa, haroset (matsayla yeyilən qoz, fındıq və ya xurma qarışığından hazırlanan şirniyyat), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması və kiduş (üzüm şirəsi).

Tarix
2025.04.13 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Nikolun Mehriyə gəlişinin sirri: Bakının “dəhliz və su” tələbi…

AQTA-nın 2 ay sonrakı şablon cavabının doğurduğu – 8 sual

Naxçıvanda pozuntu: DTX-yə müraciət edildi

Zərifə Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır - Deputat

Bayramov Suriya XİN başçısı ilə danışdı

Rəsmi Bakıdan Fransaya cavab: Rədd edirik!

Yaxın Şərqin ən qüdrətli ordusuna malik ölkə açıqlandı

Sərkisyan xalqı təhqir etdi: Ən bərk anqıran eşşəyi öpdünüz!

Bu gün Zərifə Əliyevanın anım günüdür

Məhkəmədə Robert Köçəryan ifşa olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla