Yuxarı

Öz evindən 40 minlik qızıl oğurladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öz evindən 40 minlik qızıl oğurladı

Masallı polisi evindən oğurluq olunduğu barədə yalan məlumat verən şəxsi ifşa edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumatına görə, Masallı şəhər sakini, 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyaları və 5 min manat pul oğurlanıb. Polisin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq faktının ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşdirilib.

Belə ki, İ. Şükürovun yaxın dostu, 48 yaşlı Əli Baratxan oğlu Şahbazov şübhəli şəxs qismində saxlanılıb. İstintaqın gedişində ev sahibi ilə Ə.Şahbazovun əlbir olduğu, İ. Şükürovun öz mənzilinin açarını birbaşa Ə.Şahbazova verdiyi müəyyənləşdirilib.

Araşdırmalardan o da məlum olub ki, İ. Şükürov ailəsi ilə birlikdə toy mərasimində iştirak etdiyi zaman Ə. Şahbazov onun evinə girərək oğurluq edib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.06.04 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla