Yuxarı

“Sobsan” zəhərli maddələri gölə axıdır... – Nazirlik hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sobsan” zəhərli maddələri gölə axıdır... – Nazirlik hərəkətə keçdi

Sosial şəbəkələrdə boya zavodunun zəhərli maddələri gölə axıtdığına dair görüntülər yayılıb. Vətəndaş “Sobsan” boyaları zavodunun zəhərli maddələri gölə axıtdığını iddia edir. Görüntülər ictimaiyyətdə narahatlığa səbəb olub və mövcud vəziyyətin insan orqanizmi, ətraf mühit üçün zərərli olduğunu bildirib.

Bu məsələ bir sualı aktuallaşdırır: Boya, sürtkü materialları, başqa kimya sexləri, müəssisələr tullantıları, çirkab suları və s. hara axıdır? Buna hansı qurum nəzarət edir?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nəzarət etməli olduğunu deyib:

“Bu çirkablar birbaşa dənizə, sonra çaya, ardınca da okeana axıdılır. Bunların da sulara axıdılması normal hal deyil. Baxın, su öz-özünə çirkabı təmizləyir, bərpa edir. Lakin zəhərləyici, kimyəvi maddələr ora düşdükdə insan orqanizminə zərər vurmuş olur. Eyni zamanda balıqlara da təsir edir. Sovet dövründə tullantıların hamısını qəbul edirdilər deyə bir dənə də olsun tullantı olmurdu. Çünki böyük məbləğdə cərimə tətbiq olunurdu. Bu gün də cərimələri artırmaq lazımdır ki, qarşısını ala bilsinlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məsələdən xəbərdar olduqlarını bildirib:

“Yayılan görüntülərlə bağlı əməkdaşlarımız tərəfindən araşdırma aparılır”.

Tarix
2025.04.15 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla