Yuxarı

Güclü yağış: 92 marşrutun hərəkətində ləngimələr var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü yağış: 92 marşrutun hərəkətində ləngimələr var

Bakıda intensiv yağış nəticəsində bəzi yollarda nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər yaranıb. 16 küçə və prospektdəki tunel və yollarda su yığılması səbəbindən 92 marşrutun hərəkətində ləngimələr müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun “Ulduz” stansiyası istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi (Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Çermet” körpüsünədək, Qara Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti çətinləşib.

Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.

Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi və məhdudiyyətlər olduğu üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Tarix
2025.04.16 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla