Yuxarı

Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?

Bank kartlarından oğurlanan pullarla bağlı əsas məsuliyyət vətəndaşların üzərindədir. Onların ehtiyatsız davranışı dələduzluq hallarının artmasına səbəb olur. Vətəndaşlar tanınmamış internet saytlardan alış-veriş edir və bu zaman kart məlumatlarını təqdim edirlər. İnsanlar alış-veriş üçün ayrı kartdan istifadə etsinlər. Bir kartda vəsaiti saxlasınlar, digər kartı isə yalnız ödəniş üçün nəzərdə tutsunlar. Belə olduqda əsas kartda pul qalmaz və risk də azalar.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, vətəndaşlar çox zaman kart məlumatlarını üçüncü şəxslərlə paylaşır və nəticədə onların hesablarındakı vəsait oğurlanır:

“Banklar heç vaxt bu cür məlumatları telefon vasitəsilə istəmir. Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanlar bu səhvi təkrarlayırlar”.

Ekspert qeyd edib ki, bəzi hallarda məsuliyyət bankların üzərində də ola bilər:

“Bankların təhlükəsizlik sistemlərinin zəifliyi nəticəsində də oğurluq hallarına rast gəlinir. Onların avtomatlaşdırılmış sistemləri şübhəli əməliyyatları müəyyən etməli və qarşısını almalıdır. Məsələn, eyni kartdan qısa müddətdə bir neçə əməliyyat aparılarsa, bu, sistem tərəfindən qeyri-adi hal kimi tanınmalı və blok qoyulmalıdır”.

Əkrəm Həsənov əlavə edib ki, oğurlanan pulların ölkədən necə çıxarıldığı da sual doğuran məqamlardandır:

“Vətəndaş bank vasitəsilə pul çıxarmaq istədikdə ondan müxtəlif sənədlər tələb olunur. Amma oğurluq pullar rahatlıqla ölkədən çıxarılır. Bu zaman valyuta nəzarəti və rejimi ilə bağlı qaydalar pozulur. Bu məsələ də ayrıca araşdırılmalıdır. Üstəlik, bəzi hallarda oğurlanan vəsaitin geri qaytarılması da mümkün olmur”.

Tarix
2025.04.17 / 09:08
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla