Yuxarı

Ödənilən sosial sığorta haqları pensiya hesablarına oturmur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənilən sosial sığorta haqları pensiya hesablarına oturmur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) auditi zamanı 117 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının vətəndaşların fərdi şəxsi hesablarında əks olunmadığı müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Sənəddə deyilir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalı fərdi şəxsi hesabın sığorta və yığım hissəsində toplanan vəsaitlərə əsaslanır. Bu səbəbdən də ödənilmiş sosial sığorta haqlarının düzgün uçotu və hesabatlılığı gələcək pensiya təminatının maliyyə bazasını formalaşdırır.

Audit zamanı müəyyən edilib ki, aidiyyəti dövrlərdə sığortaedənlərin Fondun xəzinə hesablarına ödədiyi 117,4 milyon manat sosial sığorta haqqı hesabatların təqdim olunmamasına görə sığortaolunanların fərdi şəxsi hesablarında əksini tapmayıb. Bu hal gələcəkdə vətəndaşların pensiya hüquqlarının formalaşmasında sosial sığorta stajının və ya pensiya kapitalının kifayət etməməsinə, hətta bəzi hallarda pensiya hüququndan məhrum olmalarına səbəb ola bilər.

Sığorta haqlarının fərdi hesabda əks olunmaması iki dövr üzrə qruplaşdırılıb:

- 2006–2016-cı illər üzrə yaranmış qalıqlar əsasən sığortaedənlərin təqdim etdiyi B3 formalarında sosial sığorta nömrəsinin qeyd olunmaması və ya ümumiyyətlə hesabatın təqdim edilməməsi ilə bağlı olub;

- 2017-ci ildən sonra isə əsas problem hesabatların ümumiyyətlə təqdim olunmaması olub. Bu dövrdə formalaşan qalıq məbləğinin artımı müşahidə edilib.

2006–2016-cı illər üzrə qalıqların daha çox sayda sığortaolunanı əhatə etməsi səbəbindən hesablarda əks olunmayan sığorta haqları ilə bağlı fəaliyyət əsasən hüquqi şəxslərlə məhdudlaşıb. Bu təcrübə isə 2017–2023-cü illərdə fiziki şəxslər və torpaq mülkiyyətçilərinin say və məbləğ baxımından xüsusi çəkisinin artmasına səbəb olub.

Bildirilib ki, vergi orqanlarından əldə edilən məlumata əsasən, 2023-cü ildə sığortaedənlərin Fond qarşısında borcu artsa da, Fondun sığortaedənlər qarşısında borcunun artım tempi (29,8%) daha yüksək olub.

Fondun borclarının əsas hissəsi dövlət qurumlarına, o cümlədən büdcə təşkilatlarına və iri sığortaedənlərə aiddir. Əvəzində Fonda olan borcların daha böyük hissəsi qeyri-dövlət sektorunun, o cümlədən fiziki şəxslərin payına düşür.

Bülletenə əsasən, Fond sosial sığorta ödənişləri üzrə artıq ödənişləri və borcları şərti aktiv və şərti öhdəlik kimi qiymətləndirdiyindən, bu göstəricilər illik maliyyə hesabatlarının izahlı qeydlərində əks olunub.

Tarix
2025.04.17 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla