Yuxarı

“Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək”: icrası başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək”: icrası başladı

“AzerGold” QSC-nin təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb.

Axar.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Qocayev, eləcə də yerli icra nümayəndəlikləri, bələdiyyə və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı olub.

Bildirilib ki, layihə “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən və Göygöl rayonlarında heyvandarlıq və bitkiçilik təsərrüfatlarında məhsuldarlığın artırılmasına töhfə vermək, aqrar sahədə fəaliyyətin ətraf mühitin mühafizəsi norma və tələblərinə uyğun şəkildə təşkilinə dəstək göstərmək məqsədilə icra edilir. Bu məqsədlə layihə çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda il ərzində ümumilikdə 24 dəfə fitosanitar monitorinq, 12 dəfə fumiqasiya tədbiri, 150 məntəqədə bitki mühafizə tədbiri, laborator müayinələr, torpaq və su nümunələrinin ekspertizası, aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulub. Həmçinin heyvandarlıq təsərrüfatlarında 6 dəfə baytarlıq yoxlamalarının aparılması, o cümlədən 280 iribuynuzlu, 285 xırdabuynuzlu, 123 arı ailəsinə ümumi kliniki baxışın keçirilməsi, qan nümunələrinin analizi, ümumi sahəsi 2026 m2 olan heyvandarlıq məntəqələrində 7 dəfə dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində fəaliyyət göstərən kəndli-fermerlərə ümumilikdə 60-dan çox təlimin keçirilməsi, onların bitkiçilik sahəsində zərərli orqanizmlərlə mübarizə, fitosanitar monitorinq, fumiqasiya tədbirləri, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə mübarizə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması üsul və qaydaları haqqında məlumatlandırılması, zəruri məsləhətlərin verilməsi planlaşdırılıb.

Bununla “AzerGold” QSC-nin istismar işləri həyata keçirdiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə kəndli-fermerlərin öz təsərrüfatlarını daha da inkişaf etdirməsinə dəstək göstəriləcək, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr veriləcək.

Tarix
2025.04.21 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla