Yuxarı

“Abi” otelinin fəaliyyəti dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə yanğın təhlükəli otelin fəaliyyəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonunda yerləşən “Abi” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;

- obyektdə kustar üsulla hazırlanmış odun sobasından istifadə olunur;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

- köçürmə çıxışı üçün nəzərdə tutulan qapılar çıxış istiqamətinə doğru açılmır;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektin bəzi divar və tavan hissələri yanar material olan taxta ilə üzlənilib, o cümlədən taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

- obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Abi” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Tarix
2025.04.21 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verdi

Yalçın Rəfiyev İraqda səfərdədir

Prezident Əliyev sabah bu ölkəyə səfər edəcək

Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər - Aqabekyan

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla